14:22 - 19.03.2025
19 mart, Fineko/abc.az. Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda 13 məqsəd nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, bunlar, aşağıdakılardır:
– ölkədə müəyyən edilmiş prioritet sektorlar üzrə süni intellekt sənayesinin, o cümlədən onun davamlılığının və rəqabət qabiliyyətinin təmin edilməsi;
– süni intellekt sənayesində işləmək üçün lazımi bilik və bacarıqlara malik ixtisaslı işçi qüvvəsinin hazırlanması;
– dəqiq qərar qəbulu ilə səmərəliliyi və şəffaflığı artırmaq, vətəndaşlara daha keyfiyyətli xidmətlər göstərmək və daxili idarəetmə proseslərini optimallaşdırmaq üçün süni intellektin dövlət idarəetməsində tətbiq edilməsi;
– yerli, regional və beynəlxalq bazar ehtiyaclarına xidmət edən regional süni intellekt təlimi və istedad mərkəzlərinin yaradılması;
– süni intellekt sistemlərinin yerləşdirilməsi, böyükhəcmli məlumatların emalı və analitik təhlili üçün hesablama maşınlarının və məlumat mərkəzlərinin artırılması;
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025