Nazir onu işdən çıxartdı

15:15 - 19.03.2025


19 mart, Fineko/abc.az. Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin rəisi Bəxtiyar Kamil oğlu Qurbanov vəzifəsindən azad edilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.

Nazirin digər Əmri ilə həmin vəzifəyə Xəqani Həmzə oğlu Əzizov təyin edilib.

Qeyd edək ki, Bəxtiyar Qurbanov 2019-cu ildən sözügedən idarənin rəisi idi. (Qaynarinfo)