Şuşadakı poçt filialı bank xidmətləri də göstərəcək

15:27 - 19.03.2025


19 mart, Fineko/abc.az. Mərkəzi Bank (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Şuşa filialına bank fəaliyyəti üçün lisenziya verib.

ABC.AZ AMB-yə istinadən xəbər verir ki, bununla da bank lisenziya almış poçt filiallarının sayı 29-a çatıb. Şuşa filialı işğaldan azad edilmiş ərazilərdə bu cür lisenziya almış 2-ci poçt filialıdır.

Obyekt Şuşa şəhəri, Zəfər küçəsi, Dövlət Mərkəzində yerləşir. Lisenziya martın 19-da verilib.