Gürcüstan parlamenti narkotiklərlə mübarizənin sərtləşdirilməsini təsdiqləyib

15:39 - 19.03.2025


19 mart, Fineko/abc.az. Gürcüstan parlamenti plenar iclasda narkotiklərlə mübarizənin sərtləşdirilməsinə yönəlmiş qanunvericilik dəyişiklikləri paketini birinci oxunuşda təsdiqləyib. İclas qanunverici orqanın saytında canlı yayımlanıb.

ABC.AZ xəbər verir ki, təşəbbüsə əsasən, dəyişikliklər Gürcüstanın Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və "mütəşəkkil cinayətkarlıq və reketçilik haqqında" qanuna daxil ediləcək. Gürcüstanın Cinayət Məcəlləsində narkotik asılılığından məcburi müalicə anlayışı yaranacaq. Hakim, öz mülahizəsinə görə, əlavə cəza olaraq, müəyyən bir şəxs üçün məcburi müalicəni seçə biləcək. Dəyişikliklər, az miqdarda olsa da, narkotik satdığına görə 20 il və ya daha çox müddətə həbs cəzası tətbiq edilməsini də ehtiva edir.