Fındıq ixracından Azərbaycana böyük məbləğdə valyuta daxil olub

15:45 - 19.03.2025


19 mart, Fineko/abc.az. 2025-ci ilin yanvar-fevral ayında Azərbaycandan 28 milyon 116 min dollar dəyərində 4 min 45 ton fındıq ixrac olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5 milyon 266 min dollar və ya 23%, miqdar ifadəsilə 249 ton və ya 6,6% artıb.

2024-cü ilin yanvar-fevral aylarında isə Azərbaycandan 22 milyon 850 min dollar dəyərində 3 min 796 ton fındıq ixrac olunmuşdu.

Bu dövrdə ümumi ixracın 0.59%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5,80%-i fındığın payına düşüb.

Hesabat dövründə 1 kq fındığın orta ixrac qiyməti 11,82 manat olub ki, bu da illik 1,58 manat (15,5%) artıqdır.

Ötən ilin iki ayının nəticələrinə əsasən 1 kq fındığın orta ixrac dəyəri 10,23 manat olub.