Rusiya Ermənistana təbii qaz tədarükünü bərpa edib

16:10 - 19.03.2025


19 mart, Fineko/abc.az. Martın 18-də Rusiyadan Ermənistana qaz tədarükü bərpa edilib. Qaz verilişi Gürcüstan ərazisində təmir işləri aparıldığına görə dayandırılmışdır.

ABC.AZ xəbər verir ki, "Şimali Qafqaz - Zaqafqaziya" tranzit magistral qaz kəmərinin "Qazax-Saguramo" hissəsində qəza-bərpa işləri başa çatıb. 
Təmir zamanı istehlakçılara qaz təchizatı daxili ehtiyatlar və İrandan əlavə tədarüklər hesabına həyata keçirilirdi.