Larsen: ABŞ Avropanın hər ölkəsindən yumurta tədarükü istəyib 

16:12 - 19.03.2025


19 mart, Fineko/abc.az. Vaşinqton Avropanın demək olar ki, hər ölkəsinə yumurta tədarükü xahişi ilə müraciət edib.

ABC.AZ xəbər verir ki, bunu Danimarka yumurta İstehsalçıları Birliyinin rəhbəri Yorgen Niberq Larsen deyib.

Qeyd olunur ki, bu cür sorğular Almaniya, İspaniya, Fransa, Hollandiya, İtaliya və Şimali Avropa ölkələrində tədarükçülərə göndərilib.
Kənd Təsərrüfatı Nazirliyinin Avropa ölkələrinə ən azı iki dəfə müraciət etdiyi vurğulanır. Fevralın sonunda əlavə tədarüklərin mümkünlüyü məsələsi qaldırılmışdı, martın əvvəlində isə ABŞ hər Avropa ölkəsinin təmin edə biləcəyi yumurta sayını istəmişdir.
"Təklif edə biləcəyimiz çox şey yoxdur" , —  Larsen deyib.