Dövlət Xidməti buna görə Baş Prokurorluğa müraciət etdi

10:57 - 2.04.2025


2 aprel, Fineko/abc.az. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb.

Xidmətdən ABC.AZ-a verilən məlumata görə, qurum tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquqpozmaların, neqativ halların qarşısının alınması və xidməti fəaliyyətdə şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ-hüquqi və maddi-texniki bazanın təkmilləşdirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilməkdədir.

Belə ki, qanunvericiliyin və normativ aktların tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin birinci rübündə isə 39 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüş, o cümlədən cari ildə 3 əməkdaş mənfi motivlə ehtiyata buraxılıb və əmək müqaviləsinə xitam verilib.