15:16 - 3.04.2025
3 aprel, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 124,9 milyon manat məbləğində 1 251 ipoteka krediti rəsmiləşdirilib ki, onun da 41,9 milyon manatı (508 kredit) güzəştli ipoteka kreditlərinin payına düşür.
ABC.AZ Fonda istinadən xəbər verir, ümumilikdə, 2006-cı ildən indiyə qədər Fondun vəsaiti hesabına 3,4 milyard manatdan çox ipoteka krediti verilib ki, onun da 988,5 milyon manatı güzəştli ipoteka kreditləridir. Verilmiş kreditlər hesabına 53 829 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb. İpoteka kreditlərindən faydalananların 67%-i gənclər və gənc ailələrdir.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə bu il aprelin 1-nə Fond ümumilikdə 107,4 milyon manat məbləğində 1 211 zəmanətli ipoteka krediti verib.
13 İyun 2025
13 İyun 2025
13 İyun 2025
13 İyun 2025