Diplomlarının tanınmasında ən çox problem olan Rusiya və Ukrayna universitetləri - SİYAHI

16:56 - 3.04.2025


3 aprel, Fineko/abc.az. 30 yanvar 2025-ci il tarixində DİM tərəfindən elektron qaydada keçirilmiş müəllimlik, mühəndislik və hüquq ixtisasları (68 ixtisas) üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən imtahanda iştirak etmək üçün 268 nəfər namizəd qeydiyyatdan keçib, onlardan 241 nəfəri imtahanda iştirak edib.

Bu barədə ABC.AZ-a TKTA-dan məlumat verilib.

Sözügedən imtahanda ixtisaslar üzrə müraciət sayına uyğun olaraq ən çox imtina almış “hüquqşünaslıq” ixtisasının ölkələr üzrə təhlili aparılıb.

Peşə tanınması imtahanında “hüquqşünaslıq” ixtisası üzrə 113 nəfər iştirak edib, onlardan yalnız 15 nəfəri uğurlu nəticə əldə edib.

Ukrayna üzrə ən çox imtina Xarkov Milli Daxili İşlər Universiteti, Y. Mudrıy adına Milli Hüquq Universiteti, T. Şevçenko adına Kiyev Milli Universiteti, Rusiya Federasiyası üzrə ən çox imtinanı Dağıstan Dövlət Universiteti, Moskva Müasir Akademik Təhsil İnstitutu və Saratov Dövlət Hüquq Akademiyası məzunlarına aid olub.