17:11 - 3.04.2025
3 aprel, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % çox - 1 milyard 61,9 milyon manat təşkil edib.
ABC.AZ Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunun 94,7 %-i heyvandarlığın, 5,3 %-i isə bitkiçiliyin payına düşüb.
2 ay ərzində kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ümumi daxili məhsulda (ÜDM) payı 2,9 % olub.
19 May 2025
19 May 2025
19 May 2025