15:59 - 8.04.2025
08 aprel, Fineko/abc.az Xəbər verdiyimiz kimi, ən böyük silah ixrcatçıları 2023-cü ildə ümumilikdə 632 milyard dollar gəlir əldə edib
ABC.AZ-ın məlumatına görə, bu rəqəmlər Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında öz əksini tapıb. Sözügedən hesabatda qeyd edilib ki, ən böyük 10 silah istehsalçısının əksəriyyəti yenə də ABŞ və Çinə məxsusdur. 2023-cü ildə ən çox gəlir əldə edən 10 silah istehsalçısı aşağıdakılardır:
1. “Lockheed Martin” (ABŞ) – 60,8 milyard dollar (gəlirin 90 faizi hərbi sifarişlər)
2. “RTX” (ABŞ) – 40,66 milyard dollar (gəlirin 59 faizi hərbi sahədən)
3. “Northrop Grumman” (ABŞ) – 35,57 milyard dollar (91 faiz)
4. “Boeing” (ABŞ) – 31,1 milyard dollar (40 faiz)
5. “General Dynamics” (ABŞ) – 30,2 milyard dollar (71 faiz)
6. “BAE Systems” (Britaniya) – 29,8 milyard dollar (98 faiz)
7. “Rostec” (Rusiya) – 21,73 milyard dollar (29 faiz)
8. “AVIC” (Çin) – 20,85 milyard dollar (25 faiz)
9. “NORINCO” (Çin) – 20,56 milyard dollar (27 faiz)
10. “CETC” (Çin) – 16,05 milyard dollar (29 faiz).
SIPRI 2024-cü ilə aid məlumatlarını bu ilin dekabrında dərc edəcək.
20 İyun 2025
20 İyun 2025
20 İyun 2025
20 İyun 2025
20 İyun 2025
18 İyun 2025