12:29 - 9.04.2025
9 aprel, Fineko/abc.az. "Azərbaycan Beynəlxalq Telekom" MMC (AzInTelecom) tərəfindən elan olunmuş tender müsabiqəsi ləğv edilib.
ABC.AZ xəbər verir ki, İT avadanlıqlarının satın alınması ilə bağlı keçirilən bu tenderin ləğvi üzrə qərar nəzarət orqanının göstərişi ilə verilib.
Tenderin ləğv edilməsi rəsmi olaraq bu səbəblə əsaslandırılıb.
Müsabiqə barədə ilkin elan 3 fevral 2025-ci il, saat 12:53-də elektron satınalma portalında dərc olunmuşdu. Təkliflərin təqdim edilməsi üçün son tarix isə 13 fevral 2025-ci il, saat 17:30 olaraq müəyyən edilmişdi.
Elə həmin tarixdə və saatda zərflərin açılması da planlaşdırılırdı.
Ləğv edilən tenderin ehtimal olunan dəyəri 550.000 manat təşkil edirdi.
Bu isə dövlət qurumlarının texniki təchizat baxımından iri həcimli alışlar həyata keçirməyə hazırlaşdığını göstərirdi. Lakin nəzarət orqanının müdaxiləsi bu prosesin dayandırılması ilə nəticələnib.
12 May 2025
12 May 2025
12 May 2025