Kənd Təsərrüfatı nazirliyinin vəzifəli şəxsinə hökm oxundu

15:38 - 9.04.2025


9 aprel, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyinin “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad regional nümayəndəliyinin külli miqdarda mənimsəmədə ittiham olunan Lənkəran-Lerik-Astara rayon bölməsinin sabiq rəisi Rahim Rzayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs 4 min manat cərimə edilib.

Məhkəmə onun həbsdə olduğunu və dövlətə vurduğu ziyanı tam ödədiyini yüngülləşdirici hal hesab edib.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilməsini istəmişdi.