10:53 - 10.04.2025
10 aprel, Fineko/abc.az. Orta ümumtəhsil məktəbləri publik hüquqi şəxslərə çevriləcək.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib. Onun sözlərinə görə, dəyişiklik müəllimlərin maaşlarının artmasına səbəb olacaq.
Qeyd edək ki, publik hüquqi şəxs həm cəmiyyət üçün vacib xidmətlər göstərir, həm də büdcədən və əlavə gəlir mənbələrindən maliyyələşə bilər. Onu da qeyd edək ki, hazırda məktəblər regional təhsil idarələrinin tabeliyində fəaliyyət göstərir. Məktəblərin publik hüquqi şəxsə çevrilməsi isə o deməkdir ki, onlar dövlətin tərkib hissəsi kimi fəaliyyət göstərən qurumdan çıxaraq müstəqil hüquqi şəxs statusu alırlar. Bu qərar məktəbin idarə edilməsində, maliyyələşdirilməsində və fəaliyyət mexanizmlərində mühüm dəyişikliklərə səbəb olacaqdır.
13 May 2025
13 May 2025
13 May 2025
13 May 2025
12 May 2025
12 May 2025
12 May 2025