Naxçıvanda Ailə Sağlamlıq Mərkəzi kompleksi tikiləcək

11:03 - 11.04.2025


11 aprel, Fineko/abc.az. Naxçıvan şəhərində Ailə Sağlamlıq Mərkəzi kompleksinin tikintisinə hazırlıq gedir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, muxtar respublikanın Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi bununla bağlı tender elan edib.

Kompleks şəhərin Kazım Talıblı küçəsində inşa ediləcək. Tikinti işlərinə 13 milyon manata yaxın vəsait xərclənəcək.