Sentyabrın 15-də gözlənilən hava haqqında məlumat

15:30 - 14.09.2018


14 sentyabr, Fineko/abc.az. Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.

Abşeronda gecə 19-22, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 759 mm civə sütunu, nisbi rütubət  gecə 60-70,  gündüz 35-40 faiz olacaq.

Sabah şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi  əsəcək.

Gecə 17-22, gündüz  31-36, dağlarda gecə 10-15, gündüz  19-24 dərəcə isti təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edir: sentyabrın 17-si axşam şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

 

Bütün xəbərlər