Təhsil naziri Ceyhun Bayramov İndoneziya Respublikasının mədəniyyət və təhsil naziri ilə görüşüb

16:00 - 14.09.2018


14 sentyabr, Fineko/abc.az. Sentyabrın 14-də təhsil naziri Ceyhun Bayramov İndoneziya Respublikasının mədəniyyət və təhsil naziri Muhadcir Effendi ilə görüşüb.

Görüş zamanı Azərbaycan və İndoneziya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Bütün xəbərlər