Dövlət onlara mənzil verəcək - Tender

10:16 - 15.04.2025


15 aprel, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tender elan edib.

ABC.AZ xəbər verir ki, tenderdə əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Ağstafa rayonunda 3 ədəd ikiotaqlı, 6 ədəd üçotaqlı mənzillərin satın alınması nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 844 470 manatdır.