16:59 - 15.04.2025
15 aprel, Fineko/abc.az. ABŞ İranla nüvə sazişi üzrə danışıqlar çərçivəsində Tehranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını üçüncü ölkəyə, məsələn, Rusiyaya verməsini təklif edib.
ABC.AZ xəbər verir ki, bu məsələ aprelin 12-də Omanda keçirilən dolayı danışıqlar zamanı nəzərdən keçirilmişdi və mümkün razılaşma yolunda əsas maneələrdən biridir.
Tramp Çin gəmilərinin ABŞ limanlarına girməsi üçün geniş miqyaslı ödənişlər tətbiq edib
The Guardian-ın məlumatına görə, İran ABŞ-ın uran ehtiyatlarının üçüncü ölkəyə verilməsi təklifinə "müqavimət göstərəcək".
Xatırladaq ki, İran və ABŞ nümayəndə heyətləri aprelin 12-də Omanın paytaxtı Maskatda dolayı danışıqlar aparıblar. Görüşdən sonra Tramp bildirib ki, onun fikrincə, İranla danışıqlar yaxşı gedir. Danışıqların ikinci raundu aprelin 19-da Omanda keçiriləcək.
16 May 2025
16 May 2025
15 May 2025