Neft ucuzlaşmağa davam edir, Brent barel başına $63,88 təşkil edir

09:40 - 16.04.2025


16 aprel, Fineko/abc.az. Etalon markaların qiymətləri çərşənbə günü hərracda aşağı düşür.

ICE Futures birjasında Brent markalı neftion iyun fyuçersləri saat 09:38-də $0,79 (1,22%) azalaraq bir barelə $63,88-a düşüb. 15 aprel ticarətinin nəticələrinə görə, Brent neftinin iyun fyuçersləri $0,21 (0,32%) ucuzlaşaraq bir barelə $64,67-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin may fyuçersləri saat 09:38-də $0,78 (1,27%) azalaraq bir barelə $60,55-a düşüb. 15 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin may fyuçersləri $0,20 (0,33%) ucuzlaşaraq bir barelə $61,33-a düşüb.