Türkiyə, Ukrayna, Böyük Britaniya və Fransa nümayəndələri görüşəcəklər — Müzakirə

11:05 - 16.04.2025


16 aprel, Fineko/abc.az. Ukrayna, Böyük Britaniya, Fransa və Türkiyə Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə etməyi planlaşdırır.

ABC.AZ Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə Zelenski bildirib.

"Bu, Qara dənizdə təhlükəsizlik məsələləri ilə bağlı hərbi görüşdür, hər şeydən əvvəl — arzu edənlərin koalisiyası, müvafiq addımlardır", — Zelenski Odessada NATO-nun baş katibi Mark Rütte ilə birlikdə çıxış edərkən deyib.

"Türkiyə artıq 2022-ci ildə daha geniş taxıl sazişi çərçivəsində atəşkəsə uğurla razılıq verib... Türkiyənin yenidən bütün maraqlı tərəfləri bir masaya toplamağa çalışdığını müsbət qiymətləndirək. Ümid edirik ki, uğur qazanacaq", — Rütte deyib.

"Söhbət müharibənin başa çatmasından deyil, atəşkəsdən sonra nə olacağından — təhlükəsizlik təminatlarından gedir", — deyə o vurğulayıb.