Braziliya kosmosa batat və noxud göndərib

11:16 - 16.04.2025


16 aprel, Fineko/abc.az. Braziliyanın “Embrapa” kənd təsərrüfatı tədqiqat korporasiyası, suborbital şəraitdə yetişdirilən batat və noxuddan istifadə edərək misilsiz bir kosmik əkinçilik təcrübəsinə start verib. Tərəvəzlərin toxumları 14 aprel tarixində kosmosa buraxılan Blue Origin missiyası ilə göndərilib.

ABC.AZ xəbər verir ki, kosmosa göndərilən "Boreqard" və "Kovinqton" batat sortları, həmçinin “Hələb” Braziliya noxud sortunun toxumlarıdır. Təcrübələr ABŞ-ın Uinston-Salem Universitetinin astronavtı və mühəndisi Ayşə Bounun rəhbərliyi altında aparılacaq.
Layihədə iştirak edən alimlərin sözlərinə görə, nəticələr Yerdəki növlərin genetik inkişafını sürətləndirə bilər və Braziliya kənd təsərrüfatı üçün, xüsusən də iqlim dəyişikliyi şəraitində texnoloji yeniliklərin ortaya çıxmasına kömək edə bilər.