Ötən ay azərbaycanlılar Türkiyədə 66 mənzil alıb

14:06 - 16.04.2025


16 aprel, Fineko/abc.az. 2025-ci ilin mart ayında azərbaycanlılar Türkiyədə 66 mənzil alaraq əcnəbi vətəndaşlar arasında ilk 10-luqda 6-cı pillədə qərarlaşıblar.

ABC.AZ xəbər verir ki, halbuki fevral ayında bu göstərici daha yüksək olub – Azərbaycan vətəndaşları həmin ay ərzində 87 mənzil alaraq ilk 10-luqda 4-cü sıraya yüksəliblər.

Yanvar ayında isə 50 mənzil alınıb. Bu rəqəmlər göstərir ki, fevral ayı Azərbaycan vətəndaşlarının Türkiyə mənzil bazarında daha aktiv olduqları dövr kimi yadda qalıb.

Hər nə qədər mart ayında alqı-satqıda müəyyən azalma müşahidə olunsa da, ötən ilin göstəriciləri ilə müqayisədə ümumi mənzərə müsbətdir.

2024-cü ilin ilk üç ayına nəzər saldıqda, yanvar ayında 52, fevralda 60, martda isə 57 mənzil alınıb. Bu rəqəmlərlə 2025-ci ilin eyni dövründəki göstəricilər müqayisə edildikdə aydın olur ki, mənzil alışında nəzərəçarpacaq artım var. Məsələn, 2025-ci ilin martında satılan 66 mənzil, ötən ilin mart ayına nisbətən təxminən 16 faiz daha çoxdur. Eyni zamanda, yanvar və fevral aylarında da analoji şəkildə artım qeydə alınıb.