Rusiya ABŞ-dan Boeing təyyarələrini dondurulmuş vəsait hesabına almaq istəyir

15:53 - 16.04.2025


16 aprel, Fineko/abc.az. Rusiya ABŞ-a dondurulmuş Rusiya dövlət aktivləri hesabına Boeing Co. təyyarələrinin alınması təklifi ilə müraciət edib.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg yazır.

Məlumata görə, bu təşəbbüs atəşkəsə razılıq vermək üçün bir şərt olmasa da, Rusiya dondurulmuş vəsaitlərin qüvvədə olan atəşkəs rejimi olmadan təyyarə almaq üçün istifadə edilə bilməyəcəyini başa düşür.

Agentlik yazır ki, təyyarə almağa imkan verən razılaşma hərbi əməliyyatların dayandırılması halında sanksiyaların yumşaldılmasının bir hissəsi ola bilər.

Dövlət Departamenti və Boeing şərh verməkdən imtina etdi.