16:04 - 16.04.2025
16 aprel, Fineko/abc.az. “Arktikanın mənimsənilməsi fonunda dirijabllar yenidən aktuallaşır”.
ABC.AZ xəbər verir ki, Rusiya Aviasiya və Aeronavtika Akademiyasının prezidenti, professor Viktor Çuyko belə hesab edir.
"Ötən əsrin əvvəllərində dirijabllar hidrogen sayəsində havaya qalxırdılar, bu da partlayışlara səbəb olurdu. Fəlakətlər baş verirdi. Müasir dövrün dirijablları isə təhlükəsiz olan heliumla işə salınır. Daşıma qabiliyyəti isə 200 tona çata bilər”, — deyə o bildirib.
Qeyd olunur ki, dirijablın sürəti az olsa da (100 km/saatda), o, çox yük daşıya bilər, müasir dirijablın gövdəsi isə kompozit materiallardan hazırlanır.
Çuyko qeyd edib ki, Rusiya hökuməti artıq dirijablların hazırlanması və tətbiqi ilə bağlı sərəncam verib.