16:40 - 16.04.2025
16 aprel, Fineko/abc.az. Fransanın TotalEnergies şirkəti Energia Natural Dominicana (ENADOM) şirkəti ilə ildə 400 min ton həcmində mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı uzunmüddətli saziş imzalayıb.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Müqavilə 15 il davam edəcək və 2027-ci ilin ortalarında qüvvəyə minəcək. LNG tədarükünün qiyməti Amerika Standartı Henry Hub ilə əlaqələndiriləcək.
Qeyd olunur ki, ENADOM Dominik Respublikasında AES Dominicana və Energas-ın birgə müəssisəsidir.
TotalEnergies ilə razılaşma şirkətə ölkənin istehsal gücünü artırmağa imkan verəcək.
Fransız tərəfdaşından alınan LNG-nin Dominikanada inşa edilən 470 MVt gücündə kombinə edilmiş dövrəli qaz elektrik stansiyasına göndərilməsi planlaşdırılır.
Bu layihə ölkənin kömür və mazut asılılığını tədricən azaltmaq planının bir hissəsidir. Həmçinin gələcəkdə tikiləcək elektrik stansiyası Dominikananı enerji keçidinə yaxınlaşdıracaq.
Eyni zamanda, ENADOM rəhbərliyi tərəfdaşlığın Dominikan Respublikasının elektrik sektoru üçün LNG satınalmalarında investisiya imkanlarını nümayiş etdirdiyini qeyd edib. Yeni razılaşmanı nəzərə alaraq şirkət ölkəyə etibarlı, rəqabətli və ekoloji cəhətdən təmiz enerji təchizatı təmin etməyi planlaşdırır.
Fransız şirkəti dünyanın 3-cü ən böyük LNG istehsalçısıdır. 2024-cü ildə layihələrinin qlobal portfelinin ildə 40 milyon ton qiymətləndirilmişdir.
16 May 2025
16 May 2025
15 May 2025