18:08 - 16.04.2025
AccessBank müştərilərinə əlavə dəyər yaratmaq və lombard kreditlərinin satışını təşviq etmək məqsədilə ilk dəfə olaraq “Qızıl Şans” stimullaşdırıcı lotereya kampaniyasına start verdiyini elan edir. Lotereya kampaniyası 17 aprel 2025-ci il tarixindən başlayır və iki tiraj üzrə həyata keçiriləcək.
“Qızıl Şans” lotereyasında yalnız aşağıdakı tarixlərdə AccessBank-dan lombard krediti əldə etmiş müştərilər iştirak edə bilərlər:
Müştərilər lombard krediti müqabilində hər 1 000 AZN üçün 1 iştirak şansı qazanacaqlar.
Hər tirajda 12 qalib təsadüfi seçim əsasında müəyyən olunacaq. Qaliblərə dəyərli qızıl külçələr təqdim ediləcək:
Qaliblər 28 avqust və 26 dekabr 2025-ci il tarixlərində Accessbank-ın Baş ofisində keçiriləcək tiraj zamanı müəyyən ediləcək. Seçim prosesi Excel Macros proqramı vasitəsilə təsadüfi qaydada aparılacaq və AccessBank-ın rəsmi sosial media hesablarında canlı yayımlanacaq.
Tiraj nəticələri və kampaniya ilə bağlı daha ətraflı məlumat Qızıl Şans saytında, eləcə də AccessBank-ın Instagram, Facebook və LinkedIn səhifələrində paylaşılacaq.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
19 May 2025
19 May 2025
19 May 2025