Neft bahalaşır, Brent barel başına $66,62 təşkiil edir

09:25 - 17.04.2025


17 aprel, Fineko/abc.az. Etalon markaların qiyməti cümə axşamı hərracda artır.

ICE Futures birjasında Brent markalı neftin iyun fyuçersləri saat 09:23-də $0,77 (1,17%) artaraq bir barelə $66,62-a yüksəlib. 16 aprel ticarətinin nəticələrinə görə, Brent neftinin iyun fyuçersləri $1,18 (1,82%) artaraq bir barelə $65,85-a yüksəlib.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin may fyuçersləri saat 09:23-də $0,91 (1,46%) azalaraq bir barelə $63,38-a düşüb. 16 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin may fyuçersləri $1,14 (1,86%) bahalaşaraq bir barelə $62,47-a yüksəlib.