12:12 - 17.04.2025
17 aprel, Fineko/abc.az. Hazırda Ağdam şəhərində ikinci məhəllənin tikintisi aparılır.
ABC.AZ xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov deyib. Onun sözlərinə görə, buraya 66 bina üzrə 1267 ailənin köçürülməsi nəzərdə tutulub:
“Bu təxminən oktyabr-noyabr aylarına təsadüf edəcək”.
Xüsusi nümayəndə gələcək planlardan da danışıb:
“Eyni zamanda bu ay Ağdamda dördüncü məhəllənin tikintisinə başlanılacaq. İyun ayında beşinci məhəllənin tikintisinə başlanılacağını gözləyirik”.
19 İyun 2025
19 İyun 2025
17 İyun 2025