Qazaxıstan daxili aviareyslərdə overbooking üçün $375 cərimə tətbiq edir

12:21 - 17.04.2025


17 aprel, Fineko/abc.az. Qazaxıstanda aviaşirkətlər üçün daxili uçuşlarda overbooking-ə(salonda oturacaqların sayından daha çox biletlərin satışı) görə təxminən $375 cərimə tətbiq edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Respublika Baş Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Agentliyin məlumatına görə, tədbir "aviaşirkətlərin fəaliyyətinə nəzarəti gücləndirməyə və sərnişinlərin hüquqlarını qorumağa, biletlərin müəyyən edilmiş normadan artıq satılmasının qarşısını almağa" imkan verəcəkdir.
Əvvəllər bu cür pozuntulara görə cərimələr yalnız beynəlxalq uçuşlara şamil olunurdu.