15:51 - 17.04.2025
17 aprel, Fineko/abc.az. Azərbaycan 2025-ci ilin birinci rübündə təbii qaz ixracını həcmi və gəlir baxımından əhəmiyyətli dərəcədə artırıb.
ABC.AZ Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 5 milyard 899 milyon kubmetrdən çox təbii qaz ixrac olunub.
Bu ixracın ümumi dəyəri 2 milyard 206 milyon ABŞ dolları təşkil edib.
Müqayisə üçün, 2024-cü ilin eyni dövründə təbii qaz ixracı 4 milyard 933 milyon kubmetr təşkil etmişdi və bunun dəyəri 1 milyard 752 milyon dollar idi.
19 May 2025
19 May 2025
19 May 2025