Azərbaycan birinci rübdə Avropaya 3 milyard kubmetr qaz satıb

16:04 - 17.04.2025


17 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycan 2025-ci ilin birinci rübündə təbii qaz ixracını həcmi və gəlir baxımından əhəmiyyətli dərəcədə artırıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, xaricə satılan qazın 3 milyard kubmetr Avropaya, 2.3 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1.4 milyard kubmetr), 0.7 milyard kubmetr isə Gürcüstana satılıb. 2024-cü ildə təbii qazın 1 000 kubmetri orta hesabla 355.1 dollar ixrac olunduğu halda cari ilin eyni dövründə bu rəqəm 374.1 dollara yüksəlib.

Bu isə 5.3%-lik qiymət artımı deməkdir. Həcmin artması, həm də qiymətin bir qədər yüksəlməsi gəlirlərə ikitərəfli müsbət təsir göstərib.