16:15 - 17.04.2025
17 aprel, Fineko/abc.az Azərbaycan ilin ilk rübündə 12.6 milyard kubmetr təbii qaz hasil edilib.
ABC.AZ xəbər verir ki, Energetika Nazirliyinin məlumatına görə, qazın 3.4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 6.8 milyard kubmetri “Şahdəniz”in, 0.4 milyard kubmetri “Abşeron” yatağının, 2 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 aprel 2025-ci il tarixinədək 655.2 milyon tona yaxın neft (kondensatla birlikdə), 476.8 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 605.6 milyon ton neft, 233.2 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49.6 milyon tona yaxın kondensat, 243.6 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 aprel 2025-ci il tarixinədək təqribən 653.2 milyon ton neft və 174.8 milyard kubmetr qaz ixraca nəql edilib.
16 May 2025
16 May 2025
15 May 2025