09:30 - 18.04.2025
18 aprel, Fineko/abc.az. Etalon markaların qiymətləri cümə axşamı ticarətini müsbətdə tamamladı və ardıcıl iki həftəlik enmədən sonra həftə yekunu artdı.
Cümə günü Brent və WTI etalon markalarının fyuçersləri ilə ticarət aparılmır, çünki Pasxa qabağı son cümə ilə əlaqədar birjalar bağlıdır.
17 aprel ticarətinin nəticələrinə görə, Brent neftinin iyun fyuçersləri 2,11 (3,20%) - bir barelə 67,96-a, WTI neftinin may fyuçersləri 2,21 (3,54%), bir barelə 64,68-a yüksəldi.
Bu həftənin sonunda Brent markalı neft 4,94%, WTI neft isə 5,17% bahalaşıb.
16 May 2025
16 May 2025
15 May 2025