11:11 - 18.04.2025
18 aprel, Fineko/abc.az. Gürcüstanın Təhsil, Elm və gənclər naziri Aleksandr Tsuladze ümumi təhsilin yeni konsepsiyasını təqdim edib.
ABC.AZ xəbər verir ki, yeni konsepsiyaya əsasən, Gürcüstanın ibtidai və orta məktəblərində Çin dili tətbiq olunacaq. Çin dilinin keyfiyyətli tədrisi üçün zəruri olan təhsil resurslarının hazırlanması da nəzərdə tutulub.
Hələ 2023-cü ilin yayında keçmiş baş nazir İrakli Qaribaşvili Gürcüstan məktəblərində Çin dilinin tədrisinə başladığını, həmçinin Tbilisi ilə Pekin arasında strateji tərəfdaşlığı elan etmişdi.