Xankəndi şəhərinin Baş planı hazırlanır

11:50 - 18.04.2025


18 aprel, Fineko/abc.az. Xankəndi şəhərinin Baş planı hazırlanır.

ABC.AZ xəbər verir ki, bunu Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov deyib.

“Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən ermənilər Xankəndi şəhəri və ətraf yaşayış məntəqələrində Azərbaycan xalqına məxsus mədəni, dini, tarix abidələr və qəbristanlıqları məhv edib.

Xankəndi, Ağdərə, Xocalıya bu qədər investisiya qoyulub

Onlardan fərqli olaraq, bu gün Azərbaycan dövləti tərəfindən Xankəndi şəhərində olan erməni qəbristanlıqları və kilsələr qorunub saxlanılır. Xankəndi şəhərindəki erməni sakinlər bu gün burda rahat və təhlükəsiz yaşayırlar”, – o qeyd edib. (Trend)