Macarıstan şirkətləri azad edilmiş ərazilərdə bərpa işləri görəcək

16:07 - 18.04.2025


18 aprel, Fineko/abc.az. Macarıstan şirkətləri Cəbrayılın Soltanlı kəndi ilə yanaşı, Azərbaycanın işğaldan azad edilən digər ərazilərində də bərpa işləri həyata keçirəcək.

ABC.AZ xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.

Diplomat vurğulayıb ki, Qarabağın bərpasına Macarıstan həmişə diqqət göstərib və bu, davam edəcək:

“Bərpa prosesi ilə yanaşı, burada digər sahələrdə də əməkdaşlıq edəcəyik. Macarıstan və Azərbaycanın ikitərəfli əlaqələri yüksək səviyyədədir, tez-tez qarşılıqlı səfərlər həyata keçirilir. İki ölkə arasında siyasi, iqtisadi, enerji əməkdaşığı getdikcə inkişaf edir. Yaxın dövrdə mühüm səfərlər həyata keçiriləcək”.