Çində Legoland Shanghai tematik park istifadəyə veriləcək 

16:26 - 18.04.2025


18 aprel, Fineko/abc.az. Çində Legoland Shanghai tematik parkın açılışı planlaşdırılır. İyun ayında test rejimində, bir ay sonra isə rəsmi olaraq işə salınacaq.

ABC.AZ xəbər verir ki, bunu Şanxay Mənzil və Kənd İnkişafı Komitəsinin direktoru Van Zhen deyib.
Park Şanxaydan 57 km məsafədə, Fengjing şəhərində yerləşir.

Legoland Shanghai-də səkkiz Lego tematik sahə, 75-dən çox interaktiv attraksion və müxtəlif şou proqramları nəzərdə tutulur. Park ailəvi istirahət və 2-12 yaş arası uşaqlar üçün nəzərdə tutulub.
Bundan əlavə, parkdan bir neçə addım aralıda tematik otel fəaliyyət göstərəcək.
Legoland Shanghai-də böyüklər üçün bilet 319 ilə 599 Yuan, uşaqlar üçün isə 255 ilə 479 yuan arasında olacaq.