16:32 - 18.04.2025
18 aprel, Fineko/abc.az. Azərbaycanın 2025-ci ilin birinci rübündə smartfon idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz azalıb.
ABC.AZ xəbər verir ki, cari ilin ilk iki ayında ölkəyə 183 109 ədəd smartfon idxal olunub və bu məhsulların ümumi dəyəri 54.23 mln. dollar təşkil edib.
Halbuki, 2024-cü ilin ilk iki ayında idxal olunan smartfonların sayı 222 384 ədəd, ümumi dəyəri isə 61.16 mln. dollar idi. Bu göstəricilər həm say, həm də dəyər baxımından azalma olduğunu göstərir.
Hesabat dövründə ən çox smartfon idxal olunan ölkə yenə də Çin olub. Bu ölkədən 154 128 ədəd smartfon alınıb və onların ümumi dəyəri 41.68 mln. dollar təşkil edib. Vyetnamdan 26 645 ədəd (11.72 mln. dollar), Hindistandan 2 106 ədəd (806.78 min dollar), Koreya Respublikasından isə 230 ədəd (27.6 min dollar) smartfon idxal edilib.
21 May 2025
21 May 2025