17:04 - 18.04.2025
18 aprel, Fineko/abc.az. “Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən vətəndaşların xaricdən məhsul gətirib geri qaytardıqda qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq məqsədilə xüsusi proqram təminatı hazırlanıb”.
ABC.AZ xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Elektron xidmətlər və layihələr idarəsinin rəisi Elşən Məmmədov “Rəqəmsal gömrük və media” mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, hazırda xüsusi proqram təminatı üzərində görülən işlərin 70-80 faizi tamamlanıb:
“Yeni sistemin bir ay ərzində istifadəyə verilməsi planlaşdırılır”.
21 May 2025
21 May 2025