17:18 - 18.04.2025
18 aprel, Fineko/abc.az. “Metropark Ticarət və Əyləncə Mərkəzi” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
ABC.AZ xəbər verir ki, bu barədə rəqəmlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında öz əksini tapıb.
Məlumata əsasən, “Metropark Ticarət və Əyləncə Mərkəzi” MMC-nin vergi borcu 67 314.06 manatdır. Bu vergi borcu 17.04.2024-cü il tarixinə olan məlumatdır.