10:05 - 21.04.2025
21 aprel, Fineko/abc.az. Qızılın qiyməti bazar ertəsi günü təxminən 2% artaraq tarixi maksimumu yeniləyib.
ABC.AZ xəbər verir ki, Bakı vaxtı ilə saat 9:28-ə olan məlumata görə, “Comex” birjasında iyun ayı qızıl fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 64,45 dollar və ya 1,94% artaraq 1 troy unsiyası üçün 3392,85 dollara çatıb.
Gümüşün may fyuçersləri 1,05% artaraq 1 unsiya üçün 32,81 dollar olub.
Eyni zamanda, dollar indeksi 1,16% azalaraq 98,23 bənd təşkil edib. Dolların zəifləməsi digər valyuta sahiblərinin qızıla tələbini artırır.
19 May 2025
19 May 2025
19 May 2025