Üç ayda Azərbaycan 48,199 milyon dollarlıq gübrə ixrac edib

10:55 - 21.04.2025


21 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycan 22,887 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,8% çoxdur.

Azərbaycan isə hesabat dövründə 48,199 milyon ABŞ dolları dəyərində gübrə ixrac edib. Bu, 1 il əvvələ nisbətən 77,9% çoxdur.

Gübrə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,4 %-ni, ixrac isə ümumi ixracın 0,75%-ni təşkil edib.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 12 milyard 48,87 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu, ötən ilin eyni dövrünə nisbətən 24,3% çoxdur. Xarici ticarət dövriyyəsinin 6 milyard 385,9 milyon ABŞ dolları ixracın, 5 milyard 662,97 milyon ABŞ dolları idxalın payına düşüb.

Son 1 ildə ixrac 6,7%, idxal isə 52,6% artıb.