11:01 - 21.04.2025
21 aprel, Fineko/abc.az. Gələcəkdə ciddi mübarizənin gedəcəyi ən mühüm strateji resurs su olacaq.
ABC.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə Silvan suvarma tunelinin tikintisinə başlama mərasimində deyib.
Ərdoğan bildirib ki, Türkiyə uzun illər qeyri-sabitlik və münaqişələrdən əziyyət çəkib. O əlavə edib ki, ölkə regionda yeni böhranlar istəmir.
Türkiyə lideri qeyd edib ki, Suriya və İraqın şimalındakı hərbi əməliyyatlar sayəsində dövlət terrorizmin mənşəyində aradan qaldırılmasına yaxınlaşıb. İndi yeni bir mərhələ başlayır.
Lakin o qeyd edib ki, gələcəkdə mübarizə neft üçün deyil, XXI əsrin ən strateji resursu olan su uğrunda gedəcək.
"Türkiyə suyun bol olduğu ölkə deyil. Biz su qıtlığı şəraitində yaşayırıq. Tədbir görməsək, daha ciddi problemlərlə üzləşəcəyik", - deyə Ərdoğan bildirib.