11:49 - 21.04.2025
21 aprel, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dünyada yeni qanunvericiliyin hazırlanması və mövcud qanunvericiliyə yenidən baxılması və dəyişdirilməsi üçün süni intellektdən (AI) ilk istifadə etməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə BƏƏ-nin bu cür planlarını "milyardlarla dollar yatırdıqları texnologiyanı tətbiq etmək üçün radikal bir cəhd" adlandıran Financial Times (FT) qəzeti məlumat verib.
Ölkənin Baş naziri Məhəmməd bin Rəşid əl Maktumun sözlərinə görə,"süni intellektə əsaslanan yeni qanunvericilik sistemi bu prosesi daha sürətli və daha dəqiq edəcək".
Hökumət, "müntəzəm olaraq qanunvericilik üçün yeniləmələr təklif edəcək" AI-nin qanun yaradıcılığını 70% sürətləndirəcəyini gözləyir. Nəşrdə deyilir ki, texnologiya ilə BƏƏ Federal və yerli qanunların, məhkəmə qərarlarının və dövlət xidmətlərinin böyük bir məlumat bazası yaratmaqla "qanunların ölkə əhalisinə və iqtisadiyyatına necə təsir etdiyini izləməyi" planlaşdırır.
19 May 2025
19 May 2025
19 May 2025