12:07 - 21.04.2025
21 aprel, Fineko/abc.az. Azərbaycanda daşınmaz əmlak kredit portfeli ən çox böyüyən bankların adları məlum olub.
ABC.AZ bankların daşınmaz əmlak kreditlərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Accessbank"-da 55,6%, olmaqla qeydə alınıb. Məbləğ ifadəsi ilə bankın kredit portfeli 5,9 milyon manat həcmində artıb.
"Accessbank"-dan sonra artıma görə ikinci yerdə 15,9% və ya 4,2 milyon manat göstərici ilə "ZiraatBank Azərbaycan" gəlir.
İpoteka kredit portfelini 9,6% və ya 4,6 milyon manat artıran "Yapı Kredi Bank Azərbaycan" üçüncüdür.
"Paşa Bank"-nın ipoteka kredit portfeli ötən ilin sonu ilə müqayisədə 35,5% və ya 55,2 milyon manat dəyərində böyüyüb.
"Yapı Kredi Bank Azərbaycan"-nın ipoteka kredit portfelində təxminən 34,5% və ya 12 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 33,5% (11,7 milyon manat) artımla "Bank of Baku" yer alıb.
"Azərbaycan Beynəlxalq Bankı"-nın ipoteka kredit portfeli isə 4,3 milyon manat (26,3%) böyüyüb
Hesabat rübündə yalnız "Melli İran Bankı"nın ipoteka kredit portfelində azalma baş verib.
19 May 2025
19 May 2025
19 May 2025