12:22 - 21.04.2025
21 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 28 min 986 ton alma ixrac olunub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 min 128 ton və ya 16,6% çoxdur.
Alma ixracından əldə edilən gəlir 19 milyon 340 min dollar təşkil edib. Halbuki, 2024-cü ilin ilk üç ayında bu göstərici 16 milyon 517 min dollar idi. Beləliklə, ixrac gəliri 2 milyon 823 min dollar və ya 17,1% artıb.
Bir ton alma üçün ixrac qiyməti ötən illə müqayisədə cüzi artsa da, sabitliyini qoruyub. 2024-cü ildə bir ton almanın ixrac dəyəri 664 dollar olduğu halda, bu il 667 dollar-a yüksəlib. Bu isə 2,76 dollar və ya 0,42%-lik artım deməkdir.
Manatla ifadədə isə bir kiloqram almanın ixrac dəyəri 1,13 manat olub ki, bu da ötən ilin göstəricisindən cəmi 1 qəpik çoxdur.
Bu il ümumi ixracın 0,30%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,51%-i almanın payına düşüb.
22 May 2025
22 May 2025
22 May 2025
22 May 2025
22 May 2025
22 May 2025
22 May 2025
20 May 2025
20 May 2025