Fındıq satışından Azərbaycana bu qədər vəsait daxil olub

12:31 - 21.04.2025


21 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 6 min 395 ton fındıq ixrac olunub. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 1 min 73 ton və ya 20,2% çoxdur.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixracdan əldə edilən gəlir 43 milyon 338 min dollar təşkil edib. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu rəqəm 32 milyon 248 min dollar idi. Beləliklə, fındıq ixracından gələn valyuta 11 milyon 90 min dollar və ya 34,4% artıb.

Orta ixrac qiymətində də artım müşahidə olunub. 2024-cü ildə bir ton fındığın ixrac qiyməti 6 min 59 dollar idisə, bu il 6 min 776 dollar-a yüksəlib. Bu isə 717 dollar və ya 11,8%-lik bahalaşma deməkdir. Bir kiloqram fındığın ixrac dəyəri manatla ifadədə də artaraq 10,30 manatdan 11,52 manata çatıb.

Bu il ümumi ixracın 0,68%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5,61%-i fındığın payına düşüb.