14:19 - 21.04.2025
21 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 45 min 783.77 ton xurma ixrac olunub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövründə 35 min 262.89 ton idi. Beləliklə, ixrac həcmi 10 min 520.88 ton və ya 29,84% artıb.
Cari ilin ilk üç ayında xurma ixracından ölkəyə daxil olan gəlir 32 milyon 919.99 min dollar təşkil edib. Müqayisə üçün, ötən ilin eyni dövründə bu rəqəm 27 milyon 704.60 min dollar idi. Bu isə 5 milyon 215.39 min dollar və ya 18,82%-lik artım deməkdir.
12 May 2025
12 May 2025
12 May 2025